Azərbaycan Prezidenti: “ASAN xidmət” fəaliyyəti dövründə 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərib
Bu gün “ASAN xidmət” mərkəzlərində – vahid məkanda müxtəlif dövlət qurumları, həmçinin özəl şirkətlər tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin dekabrın 15-də Bakıda işə başlayan “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” beynəlxalq forumunun iştirakçılarına müraciətində yer alıb.
Müraciətdə vurğulanıb ki, fəaliyyəti dövründə “ASAN xidmət” 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərib. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edib.