Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalı yenilənib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, mərkəzin dim.nmr.az domen adı ilə fəaliyyət göstərən internet portalı Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təcrübəli proqramçıları tərəfindən funksionallıq və dizayn cəhətdən müasir tələblərə uyğun yenidən hazırlanaraq, yeni bölmələr əlavə edilməklə zənginləşdirilib. Yenidən hazırlanan internet səhifəsi kompüter və mobil cihazların ekran ölçülərinə, portalın optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılıb, SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunub, Google axtarış sistemində qeydiyyatdan keçirilib və axtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər aparılıb.

Portalın yuxarı panelindəki menyuda "Əsas səhifə", "Haqqımızda", "Qanunvericilik", "Mətbuat xidməti", "Mərkəzlə əlaqə", "Elektron xidmətlər" başlıqları və "Axtarış" bölməsi, internet səhifəsində "Xəbərlər", "Əsas bölmələr", "Namizədlərin nəzərinə" və "Faydalı məlumatlar" bölmələri yerləşdirilib.

Veb portalının ən üstün xüsusiyyəti ondadır ki, müsabiqələrdə iştirak etmək üçün namizədlər qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərin skan edilmiş surətlərini və onlayn ödənişlərini istənilən vaxt portal üzərindən “şəxsi kabinet”ə tam təhlükəsiz yükləyə bilirlər.

Portalın yenilənmiş versiyasının əsas xüsusiyyətlərindən biri də mobil telefonlar üçün interfeysin hazırlanmasıdır.

Yenilənmiş portal internet istifadəçilərinin Dövlət İmtahan Mərkəzinin təklif etdiyi xidmətlərdən daha səmərəli faydalanmasına öz töhfəsini verəcəkdir.

Qeyd edək ki, 2014-cü ildə hazırlanan Dövlət İmtahan Mərkəzinin saytı ötən müddət ərzində artan tələbata uyğun olaraq bir neçə dəfə təkmilləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: