Bu il Azərbaycanda üç minə yaxın zəlzələ baş verib

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmik stansiyaları tərəfindən ilin əvvəlindən indiyədək ümumi olaraq 12 min 762 yeraltı təkan qeydə alınıb. Onlardan 2949-u yerli, 4645-i regional, 3776-sı uzaq zəlzələdir.

RSXM-in İnformasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bunu mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Elmi-Texniki Şuranın iclasında deyib. Onun sözlərinə görə, həmçinin 1391 yeraltı partlayış qeydə alınıb: “Bu il 17 hiss olunan zəlzələ baş verib. Ümumilikdə maqnitudası 3-dən yuxarı olan 56 zəlzələ olub”.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: