Vətəndaşlar daha çox hansı sosial şəbəkədən istifadə edir? - FOTOLAR
“We Are Social” Agentliyinin açıqladığı məlumata görə, 2022-ci ildə dünyada sosial şəbəkələrdən istifadə edənlərin sayı kəskin şəkildə artıb. Belə ki, 2022-ci ilin ilk yarısında dünyada fəal feysbuk istifadəçilərinin sayı 2,91 milyard olub. Sosial şəbəkə istifadəçilərinin sayındakı artımı nəzərə alaraq Media Təhlil Mərkəzi (MTM) vətəndaşlar arasında sorğu keçirib və onların fikirlərini öyrənib.
MTM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sorğuda iştirak edən 1250 respondentin 47%-ni qadınlar, 53%-ni kişilər təşkil edib.
İlk suala cavab verən respondentlərin 38,1%-i feysbukdan, 45,6%-i instaqramdan, 9,1%-i tiktokdan, 1%-i tviterdən, 5,4%-i digər sosial şəbəkələrdən daha çox istifadə etdiyini bildirib. Sosial şəbəkələrdən istifadə etmədiyini vurğulayanlar cavab verənlərin 0,8%-ni təşkil edib.