NUHÇIXAN xəbər verir ki, 18 oktyabr Milli Müstəqillik Günü münasibəti ilə Kəngərli rayon gənclərinin muzeylərə ekskursiyası təşkil olunub.
Əvvəlcə ziyarətçilər Kəngərli rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. Onlara bura haqqında məlumat verilib. Daha sonra gənclər Qarabağlar Türbə Kompleksini ziyarət ediblər. Kompleksin Xanəgah hissəsində nümayiş etdirilən eksponatlarla gənclər tanış olublar. Ekskursiya Şahtaxtinskilər muzeyində davam edib. Rayon gənclərinə muzey haqqında və Şahtaxtinskilərin fəaliyyəti ilə bağlı geniş məlumat verilib.
Sadiq Məmmədov