Ölkəmizin müxtəlif bölgələrindən gələnlər Naxçıvan turizmi ilə tanış olublar - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkəmizin bir sıra bölgələrindən gəlmiş bir qrup sosial qayğıya ehtiyacı olan şəxs Naxçıvanda müvafiq müalicələrə cəlb olunmaqla yanaşı, diyarımızın turizm məkanlarını da ziyarət edib.

Qonaqlar muxtar respublikanın təbii sağlamlıq ocaqlarında müalicə alıb, asudə vaxtlarını turizm əhəmiyyətli məkanlarda keçiriblər. “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatun və  Açıq Səma Altında Muzey Kompleksini ziyarət edən qonaqlara bu memarlıq incilərinin hər birinin tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib.

Qonaqlar “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində də olub, abidənin tarixi və dini əhəmiyyəti barədə məlumatlanıb, dualar ediblər.

Gəzintinin ardınca iştirakçılar üçün Naxçıvan şəhərindəki “Sahil parkı”nda çay süfrəsi də təşkil olunub.

Hər il mütəmadi olaraq keçirilən bu tədbirlərin məqsədi şəhid ailəsi üzvləri, qazilər və sağlamlıq imkanları məhdud şəxslərin müalicələri və asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir. Təşkil olunan növbəti sanatoriya-turizm gəzintisində 80-dən artıq şəxs iştirak edib.

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: