Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 103 min 502 körpə doğulub. Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə 11-dən 12,3-ə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,8, qızların isə 47,2 faiz təşkil edib. Körpələrdən 2892-si əkiz, 135-i üçəm, 8-i isə dördəm doğulub.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu ilin on ayında ölkədə 50 min 457 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,4-dən 6-ya enib.