Naxçıvanda 18 Dekabr - Beynəlxalq Miqrant Günü qeyd olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda 18 Dekabr - Beynəlxalq Miqrant Günü qeyd olunub. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və İnsan Hüquqları üzrə Müvəkkil Aparatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və miqrantların hüquqi vəziyyəti barədə məlumat verilib. Qeyd olunub ki, bu gün miqrasiya sahəsində dövlət siyasəti ölkəmizin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, hüquqlarının müdafiəsinə yönəldilib. Əcnəbilərin diyarımızda rahat və sərbəst hərəkət etmələri önəmli olduğu qədər, onların hüquqi vəziyyəti ilə bağlı məlumatlı olmaları da diqqətdə saxlanılan prioritet sahələrdəndir.

Həmçinin insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmləri, miqrantlar və insan hüquqları barəsində məlumatlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Sonda “Qloballaşan dünyada miqrasiya” filminə baxış olub, tədbir iştirakçılarına maarifləndirici bukletlər təqdim edilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: