NUHÇIXAN xəbər verir ki, sağlamlıq imkanları məhdud şəxslər arasında pauerliftinq üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilikdə 20-ə yaxın idmançı iştirak edib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birincilikdə idmançılar -75 və +75 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. Yekun nəticəyə əsasən, 75 kiloqram çəki dərəcəsindən az olan idmançıların mübarizəsində Nihal İmanov qalib adını qazanıb. Yasin Nağıyev ikinci, Arzuman Məmmədov üçüncü olub. +75 çəki dərəcəsində isə ilk üç pillədə Turan Hüseynov, Şahin Məmmədov və Araz Behbudov qərarlaşıblar.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.