Milli Məclis ölkəmizdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatını qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məsələ parlamentin dekabrın 20-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.
Deputatlar rəy və təkliflərini bildirdikdən sonra Bahar Muradova onları maraqlandıran sualları cavablandırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatı səsvermədən sonra qəbul edilib.