"Elektron imza və elektron sənəd haqqında" Qanuna dəyişikliklər ediləcək

A- A A+

Milli Məclis "Elektron imza və elektron sənəd haqqında" Qanuna dəyişiklikləri təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı məsələ parlamentin dekabrın 20-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, Qanunun Sertifikat Xidmətləri Mərkəzinin qeydiyyata alınması və akkreditə edilməsi maddəsi (9-cu maddə) üzrə dəyişikliklərdə mərkəzin qeydiyyata alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçı şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: