Kəngərli rayon məktəbliləri arasında yarış keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayon ümumtəhsil məktəblərinin komandaları arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib. Birincilikdə 8 məktəbdən ümumilikdə 40 şagird mübarizə aparıb. Yarışlar 100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə kross qaçışı, qumbara atma və turnikdə dartınma növləri üzrə keçirilib. Yekun nəticələrə əsasən daha yaxşı nəticə göstərən Yurdcu kənd tam orta məktəbin komandası birinci yerə,  Qıvraq qəsəbə tam orta məktəbin komandası 2-ci , Xok kənd tam orta məktəbin komandası isə 3-cü yerə çıxıb. Qalib komandalara təşkilatçıların diplom, kubok və hədiyyələr verilib.

Birinciliyin keçirilməsində məqsəd yeniyetmə və gəncləri hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək və onların orduda xidmət etməsi üçün fiziki hazırlıq səviyyəsini yüksəltməkdir. Qeyd edək ki, Yurdcu kənd tam orta məktəbin komandası uğurlu nəticəyə görə Kəngərli rayonunu muxtar respublika birinciliyində təmsil etmək hüququ qazanıb.

Yarış Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon İdarəsinin təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: