ÜST rəhbəri Çində COVID-19-a yoluxma hallarının artmasından narahatdır

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Çində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artmasından narahatdır.

NUHÇIXAN İnformasiya Agentliyi “Interfax” agentliyinə istinadla xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Çində yayılan genişmiqyaslı koronavirus dalğasından narahat olduğunu bildirib və ölkə hakimiyyətini əhalinin həssas təbəqələrinin peyvəndlənməsini sürətləndirməyə çağırıb.

2020-ci ildən Çində “Sıfır COVID” strategiyası həyata keçirilir: virusun yayılmasını məhdudlaşdırmaq üçün yoluxmuş insanlarla təmasda olanlar üçün məcburi karantin tətbiq edilir. Lakin bu il dekabrın əvvəlində Çin hakimiyyəti virusun yayılmasının qarşısını almaq üçün bir sıra məhdudiyyətləri ləğv edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: