Xankəndi-Laçın yolunda təşkil olunan dinc aksiyaya qoşulanların sayı artmaqdadır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, etirazçılar bu dəqiqələrdə yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üstündə ingilis və rus dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Könüllülər aksiyanın ümumi mənzərəsini ifa etdikləri vətənpərvər ruhlu mahnılarla canlandırırlar. Onların yüksək əhvali-ruhiyyədə olduqları açıq-aydın görünür. Tələblər isə dəyişməz olaraq qalır – ekoloji terrora son qoymaq, sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə yerləşən faydalı qazıntı yataqlarımızın monitorinqinin aparılmasına icazə vermək.