Anadangəlmə və irsi xəstəliklərin erkən aşkarlanması məqsədilə 6 min 400-ə yaxın uşaq testlərə cəlb olunub

A- A A+

Cari ilin may ayından etibarən, yeni doğulmuşlar arasında anadangəlmə və irsi xəstəliklərin erkən aşkarlanması məqsədilə 6 min 400-ə yaxın uşaq testlərə cəlb olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirov Azərbaycan Pediatriya Cəmiyyətinin birinci Milli Konqresində deyib.

O qeyd edib ki, testlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində götürülüb: "Kistik fibroz xəstəliyinin erkən aşkarlanması məqsədilə uşaqlardan tər testi nümunələri götürülüb. Bu müayinə nəticəsində uşaqlar arasında əlillik hallarının qarşısını almaq mümkündür. Ötən ilin aprel ayından bu günə qədər uşaqlar arasında xidmətlər zərfi çərçivəsində 404 tər testi aparılıb",- deyə A.Nəsirov bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: