Naxçıvan güləşçisi Hacı Əliyevin çıxışı “Günün döyüşü” elan edildi - VİDEO - VİDEO

A- A A+

Xəbər verdiyimiz kimi, Rusiyada keçirilən güləş üzrə Avropa çempionatının beşinci yarış günündə Naxçıvan güləşçisi Hacı Əliyev (65 kq) avstriyalı, türkiyəli və sloveniyalı güclü rəqiblərini məğlub edərək finala yüksəlib.

Üçqat dünya çempionumuz bu mərhələdə Rusiya idmançısı İlyas Bekbulatovla qarşılaşıb. Gərgin keçən görüş Azərbaycan güləşçisinin qələbəsi ilə başa çatıb və idmançımız Hacı Əliyev növbəti dəfə Avropa çempionu tituluna sahib olub. Beynəlxalq Güləş Federasiyası Hacı Əliyevin çıxışını “Günün döyüşü” elan edib.

NUHÇIXAN həmin görüşdən olan vidematerialı təqdim edir:

   
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: