1991-1997-ci illərdə hərbi xidmətlə bağlı xəsarət alan 16 min 679 şəxsə birdəfəlik ödənişlər verilib
Cari il ərzində həyata keçirilən üçüncü islahat zərfinin tərkib hissəsi kimi 1991-1997-ci illərdə hərbi xidmətlə bağlı aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə birdəfəlik ödənişlərin verilməsi proqramının reallaşdırılması idi. Bu il həmin sahədə genişhəcmli işlər görüldü və proqram uğurla yerinə yetirildi. Hazırkı dövrə 16 min 679 şəxsə birdəfəlik ödənişlərin verilməsi təmin olunub. Ödənişlərin verilməsi ən praktik şəkildə həyata keçirilib. Ödənişlərin verilməsi zamanı Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən təxminən 200 mindən çox arxiv sənədləri araşıdırılıb və bunun əsasında ödənişlər təmin edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
İdarə Heyətinin sədrinin sözlərinə görə, eyni zamanda, maliyyələşdirmə çərçivəsində Naxçıvanda qeydiyyatda olan 441 şəxsə, məhkəmə qətnaməsi yoxlanılaraq 1109 şəxsə həmin ödənişlər praktik qaydada həyata keçirilib. Cari il üçün proqramın maliyyələşdirilməsinə 105,5 milyon manatdan çox vəsait sərf olunub: "Proqram bütün benefisiarların həmin ödənişi almasınadək davam edəcək. Yəni hüququ çatan şəxslərdən müraciət etməyənlər də müraciət edə bilərlər. Həmin müraciətlər əsasında ödənişlər tam təmin olunacaq".