Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən gecə Naxçıvan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin İslam Səfərli küçəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımova Arzu Rasim qızını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.

Mütəxəssislər və hadisə şahidləri yol hadisəsinin baş verməsinə səbəb kimi piyadanın diqqətsizliyi və piyada xəttinin düzgün işıqlandırılmamasını göstəriblər. Sutkanın qaranlıq vaxtı görmə məhdudiyyəti olması sürücülərdən daha diqqətli olmağı tələb edir.

Dövlət Yol Polisi bu sahədə həm sürücülər, həm də piyadalar arasında maarifləndirici tədbirlər aparır. Lakin bəzi hallarda bu cür hadisələr qaçılmaz olur. Odur ki, həm sürücülər, həm də piyadalar yol hərəkəti qaydalarına riayət etməli, xüsusilə də piyada keçidlərində ehtiyatlı olmalıdırlar.

                                                     Əli Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: