Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan pedaqoji elmi ilə bağlı layihəyə start verilib - FOTOLAR

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunda “Azərbaycan pedaqoji elmi: ustadlar, davamçılar, iddiaçılar" adlı layihəyə start verilib.

Ali təhsil ocağının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə institutun rektoru Azad Novruzov layihənin mahiyyəti və gənc pedaqoqların formalaşmasındakı təsir imkanlarından danışıb, layihənin işinə uğurlar arzulayıb.

İnstitutun Pedaqogika və psixologiya kafedrasının müdiri İsmayıl Əliyev gənclərin layihədə maraq və həvəslə  iştirak etdiyini, gələcəkdə pedaqogika elminin dərinliklərinə sahib olacaq gənc pedaqoqların formalaşması üçün belə layihələrin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Layihə çərçivəsində iddiaçılar-Naxçıvan Müəllimlər İnstitutu Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülmira Hacıyevanın rəhbərlik etdiyi "Gənc pedaqoqlar" dərnəyinin üzvləri, davamçılar-Azərbaycan pedaqoji elminin müasir nümayəndələri, ustadlar isə Azərbaycan pedaqoji elminin görkəmli nümayəndələridir.

Layihənin ilk qonaqları davamçılar olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov və Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər doktoru professor Ləzifə Qasımova olub. 
Gənc pedaqoqlar dərnəyinin üzvləri İbtidai sinif müəllimliyi ixtisası üzrə IV kurs tələbələri Əlizadə Səriyyə və Türkay Bayramova professorların elmi-pedaqoji fəaliyyəti haqqında, davamçılar isə öz ustadları olan Azərbaycan pedaqogika elminin inkişafında müstəsna xidmətlər göstərmiş professor Əhməd Seyidov və pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımovun həyat və elmi-pedaqoji fəaliyyətləri haqqında dərnək üzvlərinə məlumat veriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: