Müstəqillik gününə həsr edilən rəsm sərgisi - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Müstəqil Azərbaycan” adlı rəsm sərgisinin açılışı olub. 18 oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr edilən sərgidə 18 rəssamın 45 rəsm əsəri nümayiş olunur. Paşa Rəhimovun “Ümummilli lider Heydər Əliyev”, Sabir Məmmədovun “Kompozisiya”, Səyyad Bayramovun “Tarixi yaşadan torpaq”, Qəhrəman Tağıyevin “Sevimli məkan” və digər əsərlər yüksək peşəkarlıqla işlənilib. Müxtəlif janrlarda və texnika ilə çəkilən hər bir əsər müstəqillik tariximizin xronologiyasını, əldə edilən uğurları özündə əks etdirir.
Sərgi oktyabr ayının 22-dək davam edəcək.
Mədinə Rəhimli