Naxçıvan Musiqi Kollecinin tələbələri tarixi yerlərlə tanış olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 18 oktyabr-Milli Müstəqillik Günü münasibəti ilə Naxçıvan Musiqi Kolleci kollektivinin Qarabağlar Türbə Kompleksi və Şahtaxtinskilər muzeyinə ekskursiyası təşkil olunub.
Gələcəyin musiqiçilərinə Türbə Kompleksi haqqında ətraflı məlumat verilib. Azərbaycanın zəngin memarlıq tarixi və ənənəsini özündə yaşadan abidə XII-XIV əsrlərə aiddir. Kompleks Naxçıvan memarlıq məktəbinin ənənələrini özündə yaşadır. Burada ucalan türbənin memarı Əhməd Naxçıvanidir. Yenidən bərpa edilən kompleksin xanəgah hissəsində qədim maddi-mədəniyyət nümunələrimizdən ibarət eksponatlar nümayiş olunur.
Musiqiçi-tələbələr həmçinin Şahtaxtinskilər muzeyində də olublar. Burada isə onlara Şahtaxtinskilər nəslinin nümayəndələrinin həyat və fəaliyyətləri ilə bağlı eksponatlar haqqında məlumat verilib.
Mədinə Rəhimli