Bakıda minik və yük avtomobilləri toqquşub, ölən və yaralananlar var

A- A A+

Bakı-Qazax şosesində ağır yol qəzası baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə şosenin Qaradağ rayonu ərazisinə düşən hissəsində - Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. 1984-cü il təvəllüdlü Əsədullayev Emin Nadirşah oğlunun idarə etdiyi “VAZ-21014” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “KamAz” markalı yük maşınına çırpıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü E.Əsədullayev və sərnişin - 1993-cü il təvəllüdlü Şahbabayev Xanbaba Sübhan oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avtomobildə olan digər sərnişin (ad və soyadı dəqiqləşdirilir) hadisə yerində ölüb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: