Bu gecə dağlıq rayonlarda 7-12° şaxta olub

A- A A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 30-na olan məlumatına əsasən dekabrın 29-u gün ərzində bəzi yerlərdə yağış, dağlıq ərazilərdə yağan qar 30-u gecə saatlarından kəsilib.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, qar örtüyünün hündürlüyü: Qax və Şahdağda 2 santimetr, Altıağacda 1 santimetr olub.

Düşən yağıntının miqdarı: Astarada 7.0 millimetr, Lənkəranda 6.0 millimetr, Ağdərə (Ordubad), Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabranda 1.0 millimetrədək olub.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvan MR-də 5-9° şaxta, dağlıq rayonlarda 7-12° şaxta, aran rayonlarında 1° şaxtadan 2°-dək isti olub.

Bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 1-dən 4-nə kimi ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: