Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Sənan Paşayev Naxçıvan MR prokurorunun müavini təyin olunub.
Məlumatı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib.
Qeyd edək ki, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.