Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb.

1961-ci il təvəllüdlü Naxçıvan şəhər sakini İsmayılova Nərminə Firudin qızı yolun piyadalar üçün nəzərdə tutulan hissəsini keçərkən sürücü diqqətsizliyinin qurbanı olub. Belə ki, “Xəzər” markalı 75 BK 972 dövlət nömrə nişanlı avtomobilin vurması nəticəsində piyada xəsarət alıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hadisəni törədən Naxçıvan şəhər sakini Rüstəmov Azər Yavər oğlu yol polisi tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Dövlət Yol Polisi bir daha xəbərdarlıq edir ki, istər sürücülər, istərsə də piyadalar yol hərəkəti qaydalarına ciddi əməl etməli, xüsusilə piyada zolağı və keçidlərində piyadaların təhlükəsizliyi üçün son dərəcə diqqətli olmalıdırlar.

Əli Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: