NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı Media Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Mərkəz bununla bağlı “Instagram” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Təbrik paylaşımında deyilir:
“Yeni il özü ilə yeni həyəcanlar, xoş anlar, sevgi dolu günlər gətirsin! 2023-cü il dünyamızı rəngləndirsin!
Bakı Media Mərkəzinin adından hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirik!”.