NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Müstəqilliyin başlanğıcı -18 oktyabr” mövzusunda konfrans keçirilib.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni həyatda köklü islahatlar, aparıldı, müstəqilliyin sarsılmaz təməlləri qoyuldu.
Daha sonra “XX əsrin sonlarında SSRİ-nin dağılması fonunda milli azadlıq hərəkatının başlanması və müstəqilliyin əldə olunması” “Müstəqilliyin saxlanılmasının çətinlikləri-dövlət çevrilişinə cəhdlər” “Müstəqillikdən keçən 27 il gənclərin gözü ilə” mövzularında çıxışlar dinlənilib.
Sonda tədbir iştirakçıları müstəqilliyimizi əks etdirən slayda baxıblar.
Nuray Əsgərova