Sədərək kənd sakinləri muzeyə eksponatlar bağışlayıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Sədərək rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni eksponatlar təqdim olunub.

26 ədəd eksponat  Sədərək kənd sakinləri Əli Ağayev, Süleyman Tağıyev, Fərrux Heydərov, Novruz Cabbarov, Qaraağac kənd sakini İslam Şahverdiyev tərəfindən təqdim edilib. Eksponatlar arasında qədim xalça, mis və saxsı qablar, cəhrə, kəlağayı, dibək, dəyirman və xırmanda işlədilən təsərrüfat alətləri çıraq və digər nümunələr var.

Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki,  muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işində muxtar respublika sakinləri də yaxından iştirak edir. Təkcə cari ilin 9 ayı ərzində muzeylərə mindən artıq  yeni eksponat daxil olub.

Muzeyə eksponat bağışlayan kənd sakinləri çıxış edərək bildiriblər ki,  bu eksponatların muzeylərimizə verilməsində məqsəd  zəngin mədəni irsimizin  gələcək nəsillərə çatdırılmasıdır.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: