Kursu bitirənlərə sertifikatlar təqdim edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, peşə təhsili müəssisələrində “Qazanxana maşinisti” kurslarını bitirmiş müdavimlərə sertifikat təqdim olunub
Naxçıvan Şəhər Peşə Liseyində keçirilən tədbirdə bildirilib ki, qazanxana avadanlıqlarının təhsilli kadrlar tərəfindən idarə olunması, burada işləyən mövsümi işçilərin kurslara cəlb olunaraq təlimatlandırılması diqqətdə saxlanılır. Sentyabr ayından etibarən peşə məktəblərində “Qazanxana maşinisti” kursları fəaliyyətə başlayıb.
Sonra təhsilini başa vurmuş 42 müdavimə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Şərur Texniki Peşə və Sürücülük Məktəbində 20, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 20, Naxçıvan Şəhər Peşə Liseyində 48 olmaqla, ümumilikdə, 88 ocaqçı “Qazanxana maşinisti” kurslarına cəlb olunub. Bu gün Şərur və Ordubad rayonlarında da həmin kursları bitirmiş müdavimlərə sertifikatlar təqdim edilib.
Əbülfəz Dünyamalıyev