Yeni ildə Naxçıvanda 6 körpə doğulub - VİDEO

A- A A+

Naxçıvan televiziyasının əməkdaşları 2023-cü ildə dünyaya göz açan körpələrlə maraqlanıb. Bu ildə ilk doğulan körpələr ailələrə ikiqat sevinc bəxş ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni il gecəsində Naxçıvanda 6 körpə dünyaya göz açıb.

Babək rayonunun Güznüt kəndində yaşayan Əli və Nahidə Məmmədovlar, həmçinin Şərur rayonunun Çərçiboğan kənd sakini Şahin Mehdiyevin ailəsi də yeni ilin ilk gecəsində övlad sevinci yaşayıb.

Bayram gecəsini iş başında keçirən tibb işçilərimiz isə ailələrə ikiqat sevinc bəxş etməyin qürurunu yaşayıblar.

Biz də öz növbəmizdə gənc ailələri şirin pay sahibi olmaqları münasibətilə təbrik edir, arzusunda olan hər bir ailəyə övlad arzulayırıq. Qoy bütün ailələr sağlam doğulmuş övlad sevinci yaşasın.

                                                          Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: