Sülhməramlılara məxsus növbəti avtomobillər Laçın-Xankəndi yolundan maneəsiz keçib

A- A A+

Azərbaycanlı qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ekofəalların və könüllülərin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil etdikləri etiraz aksiyası davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aksiyaya baxmayaraq, Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda maneəsiz hərəkət edirlər.

Bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus növbəti üç minik, iki təminat və bir media avtomobilinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: