Qobustanda 3 avtomobil toqquşub, yanacaqdaşıyan maşın yanıb, ölən var

A- A A+

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb.

BDYPİ-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu gün Bakı-Qazax yolunun 55-ci km-də yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın tam olaraq söndürülüb.

Hərəkətin nizamlanması DYP əməkdaşları tərəfindən tənzimlənir.

Qəzada “Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, 99-ZD-593 dövlət qeydiyyat nişanlı və “KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Nəticədə “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin sürücüsü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: