Qobustan qəsəbəsində avtomobilin yanmasının səbəbi açıqlanıb

A- A A+

Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində avtoqəza nəticəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb.

FHN-in mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, yanğın həcmi 20 ton olan “Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili, kəsmə daşla dolu “KAMAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobilinin zəncirvari toqquşması nəticəsində baş verib. Yanğın nəticəsində yanacaqdaşıyan və minik avtomobillərinin yanar hissələri, yanacaqdaşıyan avtomobildəki çənin içərisində olan və ətrafa dağılan yanacaq yanıb. Hadisə nəticəsində “Mercedes” markalı yük avtomobilinin sürücüsü həlak olub.

“Kamaz” markalı yük avtomobili və yolətrafı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: