Dünya kitabsevərləri 2023-cü ildə bir neçə maraqlı kitabla tanış ola biləcəklər.
NUHÇIXAN İnformasiya Agentliyi “The Independent” agentliyinə istinadla xəbər verir ki, qiraəti sevənlər şahzadə Harrinin memuarlarından tutmuş Zadi Smitin yeni novellaları ilə tanış olmaq imkanı əldə edəcəklər.
“Şahzadə Harri tərəfindən ehtiyat” (“Spare by Prince Harry”) əsərində Böyük Britaniya Krallığındakı bütün titullarından imtina edən şahzadə Harrinin xatirələri yer alıb. Ailəsini tərk etdikdən sonra həyat yoldaşı Meqan Marklla bərabər ABŞ-a köçən şahzadə anası Diananın yolu ilə getməyi düşünür. O, həyatını “doğulduğu şahzadə kimi deyil, çevrildiyi insan kimi” yaşamağa qərar verib.
Yeni zelandiyalı yazıçı Elenora Kettonun “Birnam meşəsi” (Birnam Wood by Eleanor Catton) kitabı partizanlardan bəhs edən psixoloji trillerdir.
Alis Uinsetin “Qadınlar niyə becərir” (“Why women grow”) əsərində qadınları torpağa üz tutmağa vadar edən səbəblərdən danışılır. Özü də yaxşı bağban olan müəllif kitabında torpaqla işləməyin qaydalarından bəhs edir.
Bundan başqa, dünyaşöhrətli aktrisa, model, həmçinin iş adamı Paris Hilton “Paris Hiltonun xatirələri” (The Memoir by Paris Hilton), Liv Littl “Qızılgül suyu” (“Rosewater”), Deborah Levyi “Mavi avqust” (“August blue”), tanınmış kanadalı aktrisa Elliot Peyc “Pageboy” (“Nağıl qəhrəmanı”) memuarı, Taylor-Dior Rumbl “Şərait” (“The situationship”) və Zadi Smit “Fırıldaq” (“The fraud”) novellası ilə bu yeni ildə oxucuların görüşünə gələcək.