Naxçıvan Dövlət Universitetində növbəti hamilik keçirilib

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə,  Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları Naxçıvan Dövlət Universitetində “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarının tələbələri ilə görüşüb.

Görüşdə bildirilib ki, kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edən torpaq islahatının əsası 1992-ci ildə, ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 2017-2018-ci  tədris ilində Geodeziya və xəritəçəkmə ixtisasının açılması və qəbulun aparılması muxtar respublikada bu sahəyə olan qayğının daha bir  nümunəsidir.

Qeyd edilib ki, universitetin “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisasları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə hamiliyə verilməklə yanaşı  “Coğrafiya” ixtisasında təhsil alan tələbələrə də komitənin bazasında praktiki məşğələlər keçirilib. Hamiliyə götürülmüş ixtisaslarda təhsil alan 3 tələbə yay tətili müddətində 3 aylıq əmək müqaviləsi bağlamaqla Dövlət Yerquruluşu Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunda işlə təmin edilib.

Sonda “Torpaq müqəddəs sərvətimizdir” adlı filmə baxılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: