Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib - VİDEO

A- A A+

Dünən axşam saatlarında Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə şəhərin Azərbaycan məhəlləsi və Qaraçux Kəndi istiqamətində dairəvi yolun kəsişməsində baş verib. Hadisə zamanı motosiklet sürücüsü Məmmədov Asim Məmməd oğlu yol hərəkəti qaydasının tələblərini pozaraq Hüseynov Niyaməddin Yusif oğluna məxsus “Nissan Sunny” markalı minik avtomobili ilə toqquşub. Araşdırmalara görə, hadisəyə səbəb Asim Məmmədovun içkili olması və yol hərəkəti qaydasının tələblərini pozması olub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asim Məmmədov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Dövlət Yol Polisi bildirir ki, içkili vəziyyətdə avtomobil idarə etmək yolverilməzdir. Bu cür hallar sizin, yaxınlarınızın və ətrafınızın həyatı üçün təhlükə yaradır. Ona görə də həm sürücülər, həm də piyadalar ehtiyatlı olmalı, yol hərəkəti qaydalarına riayət etməlidirlər. 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: