Bakıda yaşayan Naxçıvan sakinlərinə şad xəbər

A- A A+

Bakıda və ölkənin digər şəhər və rayonlarında yaşayan Naxçıvan Muxtar Respublikası sakinlərinin "ASAN Xidmət" mərkəzlərində şəxsiyyət vəsiqələrini dəyişdirməsi mümkün olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, artıq "ASAN Xidmət" mərkəzlərində Naxçıvan qeydiyyatında olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.

Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, indiyədək Naxçıvan sakinlərinin şəxsiyyət vəsiqələrini dəyişdirməsi ildə bir neçə dəfə yalnız Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində və muxtar respublikanın Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilirdi. Bu isə istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini, eləcə də digər sənədlərini dəyişdirmək istəyən vətəndaşlar üçün əlavə çətinlik və vaxt itkisinə səbəb olurdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: