NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Xalq rəssamı professor Arif Hüseynovun 75&75 adlı sərgisinin açılış mərasimində iştirak edib. Açılış mərasimindən əvvəl müəllif daimi nümayəndəliyin rəhbərini sərgi ilə yaxından tanış edib.
Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Təhsil, Mədəniyyət nazirlikləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.