Naxçıvanda çörək: çəkisi az, qiyməti baha - NTV-nin ARAŞDIRMASI - VİDEO

A- A A+

Prezident İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik institutunun yaradılaraq fəaliyyətə başlamasından sonra müxtəlif sahələrdə illərdir mövcud olan və əhalini narahat edən problemlərin həllinə də diqqət artırılıb. Belə narahatlıqlardan biri də çörəyin qiyməti, çəkisi və keyfiyyəti ilə bağlıdır. Mövzunu əməkdaşlarımız araşdırıb.

İnsanlar çörəyin çəkisi ilə yanaşı, keyfiyyətindən də razı deyil. Bir çox halda bu əvəzolunmaz nemətin içi tam bişməmiş xəmir halında olur.

Məsələ ilə bağlı həm “Taxıl Məhsulları” Sənaye Kompleksi MMC-yə və “Bərəkət Qida Məhsulları” MMC-nin çörək istehsalı müəssisələrinə üz tutsaq da, bu müəssisələrdə suallarımıza cavab verməkdən imtina etdilər. Bizimlə söhbət zamanı bildirdilər ki, unun qiymətində endirim edilib və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə çörəyin qiymətinin aşağı salınması ilə bağlı təklif göndərilib. İqtisadiyyat Nazirliyindən isə sözügedən məsələ ilə bağlı heç bir təklif göndərilməyib.

Qeyd edildiyi kimi, ölkə üzrə son günlər unun 1 tonunun qiyməti 55 manat ucuzlaşıb. Bəs bu, çörəyin də qiymətinə təsir edibmi?

Aldığımız məlumata görə, Naxçıvanda anbarlara 10 min ton buğda tədarük edilib. Bu isə qiymətlərin kifayət qədər aşağı salınması üçün əsas yaradır. Təki bu sahə inhisarçılıq və fərdi monopoliyalardan çıxarılsın. Onu da qeyd edək ki, taxılın qiyməti ölkə üzrə vahid qiymətlə təyin olunur. Həmçinin bu sahə üzrə güzəştlər də tətbiq edilir. Ölkə başçısının imzaladığı fərmanla Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2025-ci ilə qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Belə olan halda Naxçıvanda da çörəyin çəkisi və qiymətinə yenidən baxmaq zərurətə çevrilib.  Mövzunu diqqətdə saxlayacağıq.

Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: