Naxçıvanda bir qrup keçmiş inşaatçı DİN-ə müraciət edib - VİDEO

A- A A+

Naxçıvan şəhərində tikinti sektorunda çalışmış və sonradan ixtisara düşmüş bir qrup işçi işdən çıxarılmaları və əməkhaqlarının verilməməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ediblər. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlar daxili işlər naziri tərəfindən qəbul edilib.

Daxili İşlər Nazirliyinin qarşısına toplaşan keçmiş inşaatçılar bildirir ki, 3 ildən artıqdır onlar sözügedən problemləri ilə bağlı aidiyyəti qurumlara müraciət edirlər. Lakin şikayətlərinə baxılmayıb və onlara yeni işlə təmin olunacaqları ilə bağlı yalan vədlər verilib. Etirazçılar iddia edirlər ki, Maliyyə Nazirliyi tərəfindən onlara ayrılan əməkhaqqı mənimsənilib, işsizlikdən sığorta fondundan da heç bir ödəniş edilməyib.

Naxçıvan Muxtar Respublikası daxili işlər naziri Süleyman Neymətov inşaatçıları qəbul edib və onların problemlərinin tezliklə həll ediləcəyini bildirib.

Qeyd edək ki, daxili işlər naziri gün ərzində inşaatçılarla yanaşı, şikayəti olan digər sakinləri də qəbul edib və onların müraciətinə baxılıb.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: