Kəngərli rayonunun Qabıllı kəndində yanğın hadisəsi baş verib - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən gün axşam saatlarında Kəngərli rayonunun Qabıllı kəndində İbrahim Hüseynova məxsus fərdi yaşayış evində naməlum səbəbdən yanğın hadisəsi baş verib.
Hadisə yerinə Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 2 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğına müdaxilə olunmasına baxmayaraq, 100 kvadratmetr sahəsi olan evin 45 kvadratmetri əşyaları ilə birlikdə tamamilə yanıb.
Yanğın zamanı evdə heç kəs olmadığından xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.
Kəngərli Rayon Sığorta şöbəsindən məlumat verilib ki, yanğın hadisəsinin qeydə alındığı ev üçün heç bir sığorta ödənişi edilməyib və buna görə də evə sığorta şəhadətnaməsi verilməyib.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, daşınmaz əmlaklarını sığortalatsınlar ki, bu cür xoşagəlməz hallar zamanı dövlətin dəstəyi ilə təmin olunsunlar.
Qeyd edək ki, Naxçıvan şəhərində daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş 40 manat, rayonlarda isə 30 manat məbləğindədir.
Fakla bağlı araşdırma davam etdirilir.
Xosrov İbrahimov