İndoneziyanın televiziya kanalları “Əbədi ezamiyyət” və “Son iclas” filmlərini nümayiş etdirib - FOTOLAR

A- A A+

Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar İndoneziyadakı səfirliyimiz tərəfindən dünyanın ən böyük bu müsəlman ölkəsində ictimaiyyətin Azərbaycanın dövlətçilik tarixi haqqında məlumatlandırması tədbirləri davam edir.

NUHÇIXAN xəbər verir ki, oktyabrın 17-də İndoneziyanın “TV9NUsantara” televiziya kanalında Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin istehsal etdiyi “Əbədi ezamiyyət” bədii-sənədli filmi İndoneziya dilində altyazılarla günün əsas saatlarında yayımlanıb.

“TV9NUsantara” televiziya kanalı mərkəzi Surabayada yerləşməklə geniş yayım əhatəsinə malikdir. Bu televiziya kanalı adi antena ilə yanaşı, rəqəmsal, kabel, onlayn canlı, “İOS”, “Android” mobil operator sistemləri proqramları və peyk antenası vasitəsilə İndoneziyanın daxilində və xaricində fəaliyyət göstərir.

Nümayiş ərəfəsində film televiziya kanalı tərəfindən müxtəlif saatlarda dəfələrlə video-anons edilib. Filmin nümayişindən əvvəl onun mövzusu və Azərbaycan Xalq Cümhuriyyəti haqqında xəbərlər yayımlanıb.

Buna əlavə, İndoneziyanın ən baxımlı xəbər telekanalı olan “TvOne” kanalının “Twitter” və “Facebook” sosial şəbəkələrdəki hesablarında oktyabrın 18-də Bakı Media Mərkəzinin istehsalı olan “Əbədi ezamiyyət” və “Son iclas” bədii-sənədli filmlərinin Mərkəzin rəsmi Youtube kanalındakı linklərlə məlumatlar paylaşılıb.

Məlumat üçün qeyd edək ki, kanalın “Twitter” hesabının 8 milyondan, “Facebook” hesabının isə 1 milyondan artıq izləyicisi var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: