Şuşaya 10 santimetr qar yağıb - FOTOLAR
Şuşa şəhərinə qar yağıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, dünən gecə saatlarından başlayaraq yağan qarın hündürlüyü 8-10 santimetrə çatır.
Qar nəqliyyatın hərəkətində heç bir çətinlik yaratmayıb.
Yollarda nəqliyyatın hərəkəti normal şəkildə davam edir.