Gənclər Ordubadda ekskursiyada olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada turizm imkanlarının tanıdılması  məqsədilə “Naxçıvanı tanıyaq” devizi altında gənclərin Ordubad rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub. Ekskursiyada 20 gənc iştirak edib.

Gənclər gəzintiyə Ordubad  rayon Tarix Diyarşünaslıq Muzeyindən başlayıb. Muzeydə olan gənclərə qədim Qeysəriyyə binası haqqında ətraflı məlumat verilib. Daha sonra gənclər görkəmli kimyaçı alim akademik Yusif Məmmədəliyevin,maarifçi və pedaqoq, şair-publisist Məhəmməd Tağı Sidqinin və böyük, ədib Məmməd Səid Ordubadinin Ev muzeylərini də ziyarət ediblər. Gənclərə Azərbaycan elminə, ədəbiyyatına öz töhfələrini vermiş görkəmli şəxsiyyətlər haqqında geniş məlumat verilib.

Ekskursiya Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə təşkil olunub.

Emin Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: