Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dünən axşam saatlarında Culfa rayonu ərazisində Ləkətağ-Çeşməbasar yolunda yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər xəsarət alıb.

Sözügedən yolun Əlincə kəndi ərazisindən keçən hissəsində 75-BG-038 nömrə nişanlı, “Great Vall” markalı minik avtomobilinin sürücüsü Hafiz Sadiqov avtomobillə hərkətdə olarkən idarəetməni itirərək qəza hadisəsinə səbəb olub. İlkin araşdırmalara görə, hadisəyə sürücünün sərxoş olması səbəb olub. Nəticədə  avtomobil yolun kənarındakı dərəyə düşüb.

Qəza maddi ziyanla nəticələnib, sürücü Hafiz Sadiqov və onun həyat yoldaşı Gülnarə Sadiqova müxtəlif bədən xəsarətləri alıblar.

Faktla əlaqədar Culfa Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlar yağıntılı və dumanlı hava şəraiti yollarda qəza riskini daha da artırır.

Dövlət Yol Polisi sürücüləri hava şəraiti ilə bağlı daha diqqətli olmağa, sərxoş halda avtomobil idarət etməməyə, sürət həddini aşmamağa və yol hərəkəti qaydalarının tələblərini pozmamağa çağırır.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: