Culfa və Ordubad  rayon gəncləri hərbi xidmətə yola salınıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa və Ordubad  rayonunda çağırışçıların hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

Tədbirdə çıxış edənlər Naxçıvan Muxtar Respublikasında dövlət-ordu-xalq birliyinin möhkəm təməlindən, Əlahiddə Ümumqoşun Ordunun silah arsenalı müasir silah və texnika ilə gücləndirilməsindən, əsgər və zabitlərin məişət şəraiti yaxşılaşdırılmasından danışıblar. Tədbirdə digər çıxış edənlər də bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.

Çağırışçılar adından çıxış edənlər isə Vətənə xidmət etməyə yola düşdükləri üçün qürur duyduqlarını və ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər.

 

                                                            Novruz Məmmədov 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: