2019-cu ildən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatının tətbiqi nəzərdə tutulub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov "Mobil elektron imza" layihəsinin təqdimatı zamanı məlumat verib.
O bildirib ki, nəzərdə tutulan yenilik elektron imzanın kütləviləşməsinə gətirib çıxaracaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə daim təkmilləşdirmə işləri həyata keçirir, vətəndaşların xidmətlərdən daha rahat şəkildə yararlanmaları üçün şərait yaratmaqda davam edir.