Bakıda “Qırmızı işıq”da keçən maşın ağır qəza törədib

A- A A+

Bakının Xətai rayonunda avtomobil "qırmızı işıq"da keçməsi nəticəsində aşıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə, BMW markalı avtomobillə "Toyota Camry" markalı avtomobil toqquşub, daha sonra BMW aşıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Qəza yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub. Hazırda araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: