Gənclər yeni layihə hazırlayıblar - VİDEO
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu muxtar respublikada yaşayan istedadlı gənclərin üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq gənclər arasında yaradıcılıq müsabiqələrinin keçirilməsini də daim diqqət mərkəzində saxlayır. Həmçinin gənclərin həyata keçirmək istədiyi layihələrə dəstək verir və ev sahibliyi edir. Bu günlərdə Fondun dəstəyi ilə yeni bir layihəyə start verilib. Müəllifləri Naxçıvan Dövlət Universitetinin tələbəsi Könül Rüstəmli, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Gülay Quliyeva və Naxçıvan Musiqi Kollecinin tələbəsi Könül Zeynallının olduğu "Sən gül ki, dünya gülsün" layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların sosiallaşması, əylənməsi, cəmiyyətə adaptasiya olması, özgüvən qazanması və vaxtını səmərəli keçirməsidir.
Bu günlərdə layihə çərçivəsində fiziki imkanları məhdud uşaqlarla maraqlı görüş keçirilib.
Həmçinin bir qrup gənc könüllü "Ey həyat sən nə qəribəsən?" mahnısını işarət dili ilə ifa edərək videoçarx hazırlayıblar. Videoçarxın hazırlanmasında əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək, insanlarda işarə dilinə maraq oyatmaq, cəmiyyətin bu sahəyə diqqətini çəkmək, bu dilin öyrənilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərin sağlam insanlarla ünsiyyətdə olmasını asanlaşdırmaqdır.
NUHÇIXAN həmin videoçarxı təqdim edir.