“Naxçıvanbank”da rəhbərliyə gətirilən Binnət Novruzov kimdir - Qısa dosye

A- A A+

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb. NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, əvvəllər “Rabitəbank” ASC-də baş direktor olan Binnət Novruzov “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri təyin olunub.

Qeyd edək ki, 1981-ci ildə anadan olan Novruzov Binnət Yasin oğlu 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

2007-2008-ci illərdə “Unibank” ASC-də, 2009-2010-cu illərdə “Bank of Baku” ASC-də çalışıb. 2016-2021-ci illərdə “Rabitəbank” ASC-də Baş direktor olub.

Binnət Novruzov 2021-2022-ci illərdə Dubayda (BƏƏ) fəaliyyət göstərən “SOCAR Overseas Ltd” şirkətində direktor müavini olub.

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri hazırda İngiltərənin Mançester Universitetində magistr təhsili alır.

Qeyd edək ki, Binnət Novruzov eyni zamanda “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının 3 üzvündən biridir

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: